Mingəçevirdə 31 yaşlı kişi itkin düşdü

saytların hazırlanması

Evə çatdırılma

Mingəçevirdə 31 yaşlı kişi itkin düşdü

Hadisə

21 Sentyabr 2022 15:32 967


Mingəçevirdə 31 yaşlı Ramin Mahmudov itkin düşüb.

Yenisabah.az DİN-in mətbuat xidmətinə istinadla xəbər verir ki, Yevlax rayon sakini, 1991-ci il təvəllüdlü Ramin Mahmudov avqustun 31-də yaşadığı ünvandan çıxaraq bir daha geri qayıtmayıb.

Həmin şəxsin tapılması istiqamətində polis əməkdaşları tərəfindən keçirilən axtarış tədbirləri zamanı onun sonuncu dəfə Mingəçevir şəhəri ərazisindən itkin düşdüyü müəyyən edilib. Pepperoni pizza

"Ramin Mahmudovun əlamətləri - boyu 161 sm, orta bədən quruluşlu, gözlərinin rəngi qəhvəyidir. Sonuncu dəfə evdən çıxarkən üzərində qara rəngli köynək, boz şalvar və sarı rəngli ayaqqabı olub.

Qeyd edək ki, itkin düşən şəxs I qrup əlildir və nitq qüsurludur.

Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və ya barəsində məlumatı olanlardan DİN “102” Xidməti-Zəng Mərkəzinə, eləcə də Mingəçevir Şəhər Polis Şöbəsinin (024)275-26-04 şəhər və (050) 793-01-02 mobil nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur", - Mətbuat Xidmətindən bildirilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!