Minimum pensiya niyə 280 manatda qaldı?

saytların hazırlanması

Evə çatdırılma

Minimum pensiya niyə 280 manatda qaldı?

Sosial

18 Noyabr 2024 16:53 2336


Milli Məclisin deputatı Vüqar Bayramov minimum pensiya məbləğinin nə üçün 280 manat olaraq saxlanılmasına aydınlıq gətirilməsini istəyib.

“Yeni Sabah” Unikal.az-a istinadən xəbər verir ki, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında büdcə müzakirəsi zamanı deputat Vüqar Bayramov minimum pensiya və minimum əmək haqqının artırılması ilə bağlı göstəriş olduğunu deyib.

"Buna uyğun olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən təkliflərin hazırlanması həyata keçirilib. Sualım bundan ibarətdir ki, Prezident İlham Əliyev tərəfindən bu istiqamətdə göstərişlər var. Göstərişlərin olduğu halda hesabatda, rəydə Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyasına istinad nə dərəcədə doğrudur? Əgər istinad olunursa, orada dövlət başçısı tərəfindən göstərişin olmasının qeyd olunmasına ehtiyac var idi ki, bu gün mətbuatda fərqli yanaşmaların olmasına gətirib çıxarmasın", - o bildirib. Dördpendirli pizza

Xatırladaq ki, Hesablama Palatasının rəyində göstərilir ki, gələn il Azərbaycanda minimum pensiya məbləğinin 280 manat olacağı nəzərdə tutulur. Başqa sözlə, 2025-ci il üzrə proqnozlara əsasən, minimum pensiya məbləğinin minimum əmək haqqı məbləğinə (400 manat) nisbətinin 70 faiz olacağı vurğulanır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!