Mişustin Bakıya gəldi

saytların hazırlanması

Evə çatdırılma

Mişustin Bakıya gəldi

Siyasət

05 Mart 2024 16:56 645


Rusiyanın Baş naziri Mixail Mişustin Azərbaycana işgüzar səfərə gəlib.

Yenisabah.az xəbər verir ki, o, Azərbaycan Prezidenti İlham Əliyev və Baş nazir Əli Əsədovla görüşəcək.

M.Mişustinin səfəri çərçivəsində Rusiya-Azərbaycan ticari-iqtisadi əməkdaşlığının inkişafı ilə bağlı bir sıra məsələlərin nəzərdən keçirilməsi planlaşdırılır. Enerji, nəqliyyat, sənaye, mədəni, humanitar və qarşılıqlı maraq doğuran digər sahələrdə birgə layihələrin təşviqinə xüsusi diqqət yetiriləcək. Toyuqlu pizza

Hökumətlərarası və qurumlararası sənədlərin imzalanması da planlaşdırılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!