Mişustin və Əsədov  “ərə getmək”dən danışdılar - Video

saytların hazırlanması

Evə çatdırılma

Mişustin və Əsədov “ərə getmək”dən danışdılar - Video

Siyasət

06 Mart 2024 17:06 1055


Azərbaycanda səfərdə olan Rusiya hökumətinin sədri Mixail Mişustin Milli Xalça Muzeyində olub.

Yenisabah.az oxu.az-a istinadla xəbər verir ki, ekskursiya zamanı qonaqlar və muzeyin nümayəndələri arasında maraqlı dialoq da baş tutub. Rusiya hökumətinin başçısına "arzuları yerinə yetirən" xalçalar nümayiş etdirilib.

"Bu xalçalardan şal kimi də istifadə olunub. Qızlar üzərində otururdular, bir arzu tuturdular, sonra onu yeddi gecə açıq havada saxlayırdılar. Onlar arzularının mütləq gerçəkləşəcəyinə inanırdılar", - deyə muzeyin nümayəndəsi bildirib. Sezar pizza

Əli Əsədov isə qızların hər zaman eyni istəklərinin olduğunu bildirib.

"Hansı? Ərə getmək?" - deyə soruşan rusiyalı nazirə azərbaycanlı həmkarı "əlbəttə" cavabı verib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!