Hindistanın baş naziri Narendra Modi və onun kabineti ölkədə keçirilən parlament seçkilərinin nəticələrinin bir gün əvvəl elan edilməsindən sonra rəsmən istefa veriblər.
Yenisabah.az Indian Express-ə istinadla xəbər verir ki, ölkə prezidenti Draupadi Murmu onun istefasını qəbul edib. İndi Modi və nazirləri yeni hökumət seçilənə qədər öz vəzifələrini icra etməyə davam edəcəklər.
Bharatiya Janata Partiyası (BJP) parlamentdə 240 yer qazandığı üçün Modinin iyunun 8-i, Şənbə günü yenidən and içəcəyi gözlənilir. Bu, çoxluq üçün kifayət etmiri, lakin BJP-nin daxil olduğu Milli Demokratik Alyans (NDA) 292 yer qazanaraq 543 yerlik parlamentdə çoxluğu təmin edib. Toyuqlu pizza
Daha əvvəl Modi BJP və NDA-nın qələbəsini elan edərək, alyansın yenidən hökuməti formalaşdırmaq niyyətində olduğunu qeyd edib.
Telegram kanalımız