Moskva və Tbilisi diplomatik əlaqələri bərpa edir - İddia

saytların hazırlanması

Evə çatdırılma

Moskva və Tbilisi diplomatik əlaqələri bərpa edir - İddia

Dünya

12 İyun 2024 10:47 247


Gürcüstan və Rusiya hökumətləri diplomatik münasibətlərin bərpası məsələsi üzərində fəal işləyirlər;

Yenisabah.az Mtavari Arkhi-yə istinadla xəbər verir ki, kanalın “Kremlə yaxın” həmsöhbətləri bunu təsdiləsə də, hakim “Gürcü arzusu” partiyası bu planları rədd edir.

Gürcüstan hökumətinin nümayəndələri Moskvada səfirliyin açılması ilə bağlı hər hansı məlumatın yayılmasını əsassız adlandırırlar. pizza hut

Rusiya ilə Gürcüstan arasında münasibətlər 2008-ci ildən gərgin olaraq qalır, lakin bir il əvvəl ölkələr arasında hava əlaqəsi bərpa edilib və viza rejimi ləğv olunub. Eyni zamanda, Rusiya Xarici İşlər Nazirliyi ruslara Gürcüstana səfərdən çəkinmək tövsiyəsini ləğv edib. 4 il ərzində ilk reys 2023-cü il mayın 19-da Moskvadan Tbilisiyə çatıb və o vaxtdan uçuşlar müntəzəm xarakter alıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!