“Mossad“ rəhbərini faş edən video yayıldı

saytların hazırlanması

Evə çatdırılma

“Mossad“ rəhbərini faş edən video yayıldı

Dünya

17 Mart 2022 11:13 581


İranla əlaqəli olduğu deyilən "Open Hands" Teleqram kanalı "Mossad" rəhbəri David Barneanın özəl fotoşəkilləri və şəxsi sənədlərini göstərən bir video yayımlayıb.

Yenisabah.az "Walla News"a istinadla xəbər verir ki, bunlar Barneaya 2014-cü ildə başlayan uzunmüddətli kəşfiyyat nəzarətinin məhsuludur.

"Telegram" kanalın görüntülərindəki ibranicə yazılarda yazıda qeyd olunub: "Barnea üçün Purim hədiyyəsi”. Marqarita pizza

Kanalda videonun bir neçə variantı ərəb və ingilis subtitrləri də var.

Videoda Barneanın şəxsi fotoları, sifariş etdiyi aviabiletlər, onun və ailə üzvlərinin vergi sənədləri və ölkənin mərkəzindəki şəxsi evinin peykdən çəkilmiş fotoşəkili də videoda əks olunub. Belə çıxır ki, İsrail kəşfiyyat qurumu rəhbərinin telefonu və ya kompüteri "sındırılıb".

"Teleqram" kanalının arxasında kimin olduğu da hələlik bəlli deyil, lakin bunun xarici kəşfiyyat orqanının ​​əməliyyatı olması ehtimalı böyükdür.

"Mossad" bildirib ki, sözügedən materiallar köhnədir və qurum rəhbərinin telefonundan oğurlanmayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!