Mövlud Çavuşoğlu: “Biz buna da razıyıq”

saytların hazırlanması

Evə çatdırılma

Mövlud Çavuşoğlu: “Biz buna da razıyıq”

Siyasət

01 Fevral 2021 15:49 747


“Biz Cənubi Qafqazda sülhün bərqərar olması üçün diplomatik həll yolu istəyəndə, buna razı olmayanlar indi siyasi çözüm istəyirlər, bəli, biz buna da razıyıq”.

Yenisabah.az xəbər verir ki, bunu Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu hakim Ədalət və İnkişaf Partiyasının (AKP) Antalyada keçirilən konqresində bildirib.

Cavuşoğlu qeyd edib ki, Türkiyə yeri gələndə sakit gücünü, yeri gələndə də sərt gücünü istifadə edə bilib və Türkiyənin, türk millətinin əleyhinə olan oyunları pozmağı bacarıb: “Suriyada, Liviyada, Şərqi Aralıq dənizində, Qarabağda olanlar göz önündədir. Dağlıq Qarabağda 30 ildir işğal vardı, zülm vardı. Dəfələrlə diplomatik həll yolu irəli sürdük, razılıq olmadı. Nooldu? Can qardaşımız Azərbaycan döyüş meydanına girdi, haqqını, işğalda olan torpaqlarını geri aldı. Amma indi diplomatiya, siyasi həll yolu istəyirlər, bəli, biz buna da varıq. Cənubi Qafqazın rifahı üçün 3+3 formatında, ikitərəfli, üçtərəfli görüşlər davam edir, bölgədə atəşkəsə nəzarət edirik, Ermənistan bu dərslərdən dərs alıb, düzgün davranarsa ən çox qazanc götürən Ermənistan olacaq”. (APA) Toyuqlu pizza

 

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!