Müdafiə xətti ləğv olunur, Azərbaycan Ordusu şimaldan girir - Erməni deputat 

saytların hazırlanması

Evə çatdırılma

Müdafiə xətti ləğv olunur, Azərbaycan Ordusu şimaldan girir - Erməni deputat 

Siyasət

09 Mart 2024 14:01 1500


“İlk mərhələdə 4, daha sonra isə Tavuş ərazisində olan 3 kənd və Kərki Azərbaycana veriləcək”. 

Globalinfo.az xəbər verir ki, bu iddia ilə erməni deputat, “Ermənistan” fraksiyasının üzvü Qarnik Danielyan çıxış edib. 

O bildirib ki, Ermənistan tərəfi Azərbaycanın tələblərini təmin etmək və tədricən müəyyən əraziləri geri qaytarmaq niyyətindədir:  Pepperoni pizza

“Birinci mərhələdə 4 kəndi, sonra isə qalanını – Tavuş vilayətindəki 3 kəndi və Kərkini təhvil verəcəklər. Nəticədə Lori vilayəti sərhəd bölgəsinə çevriləcək”. 

Danielyan əlavə edib ki, Tavuşdakı kəndlərin verilməsi nəticəsində Ermənistanın şimal müdafiə xətti tamamilə ləğv olunacaq: 

“Digər tərəfdən, Ermənistana daxil olan qaz kəməri bu ərazidən keçir. Beləliklə, Rusiyadan gələn qaz xətti Azərbaycanın nəzarətində olacaq. Nəticədə Ermənistan unikal anklava çevriləcək”, – Qarnik Danielyan vurğulayıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!