Müəllimlərin işə qəbulu ilə bağlı mühüm   AÇIQLAMA

saytların hazırlanması

Evə çatdırılma

Müəllimlərin işə qəbulu ilə bağlı mühüm AÇIQLAMA

Sosial

19 Oktyabr 2020 18:40 2199


Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq qərarına uyğun olaraq, 19 oktyabr tarixdən 2 noyabr tarixinədək ölkə üzrə bütün təhsil müəssisələrində tətil elan olunub. Bu səbəbdən müəllimlərin işə qəbulu müsabiqəsi üzrə əlavə yerləşdirmə noyabrın 2-dək dayandırılıb.

Təhsil Nazirliyinin İnsan Resursları Mərkəzindən Yenisabah.az-a verilən məlumata görə, müsabiqənin elektron sənəd qəbulu mərhələsində faktiki yaşayış yerini və əlaqə nömrəsini düzgün qeyd etməmiş namizədlərin müraciətləri nəzərə alınaraq elektron ərizələrində dəyişiklik etmək imkanı yaradılacaqdır. Faktiki yaşayış yerini və əlaqə nömrəsini düzgün qeyd etməmiş namizədlər məlumatları aşağıdakı şəkildə İnsan resursları mərkəzinin elektron poçt ünvanına (irm@tipii.edu.az) göndərməlidirlər:

1. Ad, soyad, ata adı Marqarita pizza

2. Şəxsiyyəti təsdiq edən sənədin surəti

3. Fin kod

4. Əlaqə nömrəsi

5. Faktiki yaşadığı ünvan (şəhər/rayon, küçə və s.)

Müraciət üçün son tarix 22 oktyabr saat 23:59-dur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!