Müəllimlərin maaşı artdı

saytların hazırlanması

Evə çatdırılma

Müəllimlərin maaşı artdı

Sosial

20 Noyabr 2024 16:46 31355


“Sertifikatlaşdırma prosesindən uğurla keçmiş 55 min müəllimin maaşı artırılıb. 38 min nəfərdən çox müəllimin əməkhaqqına 10 faiz, 17 mindən çox müəllimin əməkhaqqına isə 35 faiz əlavə tətbiq edilib”.

“Yeni Sabah” Unikal-a istinadən xəbər verir ki, bunu Milli Məclisdə 2025-ci ilin dövlət büdcəsinin müzakirəsi zamanı elm və təhsil naziri Emin Əmrullayev deyib.

“Nəticədə əməkhaqqına 10 faiz əlavə tətbiq edilmiş müəllimlər üzrə orta aylıq əməkhaqqı 980 manat, əməkhaqqına 35 faiz əlavə tətbiq olunmuş müəllimlər üzrə orta aylıq əməkhaqqı isə 1295 manat təşkil edib. Ümumilikdə sertifikatlaşdırma çərçivəsində əməkhaqqı əlavələri üçün 154,4 milyon proqnozlaşdırılıb”, – deyə nazir bildirib. pizza sifarişi


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Jalə Tağıyeva
    Bəs kimya müəllimləri üçün sertifikasiya nə vaxt olacaq
    1 year ago
  • Təranə
    Sertifikasiya imtahanında 52 bal yığaraq 35% artımla 595 man maaş alıram. Problem ondadır ki rayondakı ailələr işsizlik səbəbindən Bakıya axın edir və bu üzdən məktəbdə hər il cəmi 1 ibtidai sinif açılır. Dərs saatlarımız azdır. Dövlət rayonlarda da iş yerləri açsa düşünürəm vəziyyət dəyişər. Nazirimizin dediyi maaşı ala bilərik
    1 year ago
  • Şəhla Hüseynova
    Salam bizimkinidə artırın.çooox xahiş edirəm.çooooox əziyyət çəkirəm.çoxlu sayda kredit var maaş az olduğundan əziyyət çəkirəm tək iştəyirəm
    1 year ago