Müharibə veteranlarına verilən 80 manat bu tarixdən artacaq - AÇIQLAMA

saytların hazırlanması

Evə çatdırılma

Müharibə veteranlarına verilən 80 manat bu tarixdən artacaq - AÇIQLAMA

Sosial

18 Noyabr 2024 22:02 41435


Gələn il üçün dövlət büdcəsinin sosialyönlü xərcləri 16 milyard 909,7 milyon manat məbləğində proqnozlaşdırılıb.

Bu, 2025-ci ilin dövlət büdcəsi zərfində əks olunub.

Sosialyönlü xərclər siyahısına büdcə xərclərinin əməyin ödənişi fondu, ərzaq məhsullarının alınması, təqaüd və sosial müavinətlər, dərman, sarğı ləvazimatları və materiallarının alınması, icbari tibbi sığorta üzrə xərclər, kommunal, kommunikasiya xidmətləri və digər tədbirlər, o cümlədən 20 il və daha çox xidmət etmiş işləyən və ehtiyatda olan hərbi qulluqçuların mənzillə təmin olunması və onlara pul kompensasiyanın verilməsi ilə bağlı nəzərdə tutur. Toyuqlu pizza

Bəs görəsən növbəti ildən müharibə veteranlarına verilən 80 manat təqaüd artacaqmı?

Mövzu ilə bağlı sosioloq Üzeyir Şəfiyev Sonxəbər.az-a açıqlama verib:

"Müharibə veteranlarına verilən təqaüdün artırılması ilə bağlı müzakirələrə tez-tez rast gəlirik. Çünki bilirsiz ki, ölkə başçısının 2019-cu il 1 aprel tarixli fərmanı ilə məhz Qarabağ veteranları üçün 80 manat prezident təqaüdü müəyyənləşdirilib. Bu təqaüd kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müvinətlərinin əvəzinə verilir. 2019-cu ildən bəri həmin məbləğdə artım müşahidə olunmayıb. Baxmayaraq ki, kommunal, nəqliyyat və digər xidmətlərdə artım müşahidə olunur, ancaq 80 manat təqaüddə isə yox. Bu baxımdan da mövzunun tez-tez müzakirə olunması başa düşüləndir. Amma onu da nəzərə almaq lazımdır ki, bu kateqoriyaya daxil olan vətəndaşların sayı çoxdur. Təqribən 184 min vətəndaş ərazi bütövlüyü və suverenlik uğrunda döyüşlərdə iştirak edib və onların təqaüdünün artırılması əlbəttə ki, ölkədəki fisikal gəlirlərin səviyyəsindən, mailiyyə dəyərləndirilməsindən asılıdır. Bütün bunlara baxmayaraq yanaşmalar fərqlidir. Hətta biz müzakirələr zamanı "Veteranlar içərisində döyüşlərdə iştirak edib yaralananlara bir cür, yaralanmayanlara başqa cür təqaüd vermək lazımdır" deyə fikirlər də görürük. Ancaq bütün hallarda indiki məbləğ, yəni 80 manat artırılmalıdır. Çünki, kommunal xərclər, nəqliyyat xərcləri 2019-cu ildən bəri fərqli nisbətlərdə artıb bə buna görə müavinətlər də buna uyğun artırılmalıdır. Hesab edirəm ki, bununla bağlı yaxın zamanda dəyişikliklər görəcəyik. Pensiyalar və minimum əmək haqqının artım tempində dəyişiklik olacağı kimi müharibə veteranlarının aldığı vəsait də artacaq. Nə qədər artacağı isə dövlətin fisikal gəlirlərindən asılı olacaq".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Cenab
    Bele birşey yoxdu dünyanın he heç bir ölkəsində ayıb olsun heyqətən, valla internet varda baxırıq araşdırırıq bilirik. Bu sadece insafsızliq vicdansızlıq və dövlətin öz millətinə döyüşçüsune dəyəri qayğısı hörməti yoxdu bir mənalı 80 manat sus otur yerində men ne deyirəmse ne verirəmse onunlada yaşamalısan senin insan kimi heç bir hüququn yoxdu demekdi sadece çox təəsüf edirem ki AR-da yaşayıram ve bu hökümət üçün döyüşmüşem bu qeder.
    8 months ago
  • Şöhrət
    Mən 80 manatın doyusməmisəm ancaq insaf da dinin yarsidir
    12 months ago
  • Gulsen
    Yoldasim 1ci Qarabag doyusunde istirak edib yaralanib basinda ayaginda qelpeler var plus ayahinda siniqlar. 5il qazilik aldi sonra kesdiler indide o qelpelerde siniqlarda durur. 80m ali nede is yoxdu rayonda oluruq. Bu biabirciliqdi. Ne usaqpulu verilir ne is var ne elillik tesdiqlenir nede 80m artir. Bu duzguz deyil. Hani edalet? Kasiblarin cibinde ya varlinin evinde?
    1 year ago
  • Əli
    Merhabalar ben karbak qazisiyim kafa taramasi vel sol bacak travmam var ṣ̌izofrenide karabakdan bana hatira ilacla yaşiyorum qazilik vermiyosunuz hiç olmazsa 80 manati artirinda insan bir iṣ̌imize yarasin hiç bi yerdede çalişmiyorum
    1 year ago
  • Ali
    80 manat atacaq ?
    1 year ago
  • Xəzər
    Mən 2 ci vətən müharibəsinin yaralı, caninda 3 qəlpəsi olan və 4 medallı veteranıyam. Yaralı olmus veterana az da olsa fərq qoyardiniz ağr işdə görəmmirəm. Kaski heç yaralanmayaydım 80 manatada heç bir şərh verməzdim. Amma acnacaqli vəzyətdi bədənim qəlpəylə doludu ağr iş görəmmirəm 80 manat allam. Barı 200 manat edin xaiş edrəm.
    1 year ago
  • Firuzə
    Oqlum vetirandi beş medalı var aldıq ,80 manat nəyə yarar bu həyat deyil kirayədə yaşayırıq. Bununla yaşamaq olarmı. səbr edək deyirik səbrimiz tükənib artıq. Bu dünyada nə yaşadıq ne gün gördük. Süründük. Bəs deyilmi çəkdiyimiz əzablar. Ne vaxta qədər kirayəlerde sürünərək yaşayacağıq.
    1 year ago
  • Gündü
    HƏ DA BƏS SİZƏ NƏ QALACAQ QULDURLARA PUL AZ QALAR AXI 184 MİN VERTİRAN VAR BƏS MƏMURLAR SAHİL BABYEV SAMİR ŞƏRİFOV VƏ OLARI KİMİ MƏMURLARA NƏ YESİN ƏSAS BU ADAMLARDI GEDİB CAN QOYAN OĞLANLAR KİMDİR SAYAN
    1 year ago