"Rusiya-Ukrayna danışıqları üçün platforma hazırlanıb, nümayəndə heyətlərini gözləyirik".
Yenisabaha.az "Belta"ya istinadla xəbər verir ki, bu barədə Belarus XİN məlumat yayıb.
Belarus Xarici İşlər Nazirliyinin mətbuat katibi Anatoli Qlaz Belarus tərəfinin hər an prosesi təşkil etməyə hazır olduğunu vurğulayıb: Dördpendirli pizza
"Bütün nümayəndə heyətləri görüş yerinə gələn kimi danışıqlar başlayacaq".
Xatırladaq ki, bir gün əvvəl Belarus prezidenti Aleksandr Lukaşenko ukraynalı həmkarı Vladimir Zelenskiyə zəng edib. Siyasətçilər Ukrayna nümayəndə heyətinin Pripyat çayı yaxınlığında Ukrayna-Belarus sərhəddində ilkin şərt olmadan Rusiya nümayəndə heyəti ilə görüşəcəyinə razılaşıblar. Bundan sonra Belarus dövlətinin başçısı Rusiya prezidentinə sülh danışıqlarında iştirak etmək üçün Qomelə gələn Rusiya nümayəndə heyətinin Ukraynadan gələn nümayəndə heyətinin gecikməsinə görə, danışıqları saxlamaq və təxirə salmaq təklifi ilə müraciət edib. Vladimir Putin belaruslu həmkarının təklifini dəstəkləyib.
Telegram kanalımız