Müxalifət hərəkətə keçdi: Polis hökumət binasını mühasirəyə aldı

saytların hazırlanması

Evə çatdırılma

Müxalifət hərəkətə keçdi: Polis hökumət binasını mühasirəyə aldı

Dünya

13 İyun 2024 09:39 339


Arxiyepiskop Baqrat Qalstanyanın rəhbərlik etdiyi "Vətən uğrunda Tavuş" müxalifət hərəkatı iyunun 13-də Ermənistan hökumətinin binası qarşısında etiraz aksiyası keçirəcəyini elan edib.

Yenisabah.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb. 

Bundan sonra Ermənistan polisi hərəkətə keçib. Polis hökumət binasını dörd bir tərəfdən mühasirəyə alıb.  pizza hut

Qeyd edək ki, dünən müxalifətin çadır qurduğu və müddətsiz aksiya keçirdiyi parlament binasında xüsusi vasitələrdən istifadə edən polislə toqquşması baş verib. Toqquşma nəticəsində yaralananlar var. Səhiyyə Nazirliyinin məlumatına görə, xəsarət almış 79 vətəndaş yardım üçün müraciət edib. DİN-in mətbuat xidməti 98 nəfərin saxlanıldığını bildirib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!