Bloqer Nail Kəmərlinin (Babayev) mənzilindən oğurluğa cəhd edən şəxs tutulub.
Yenisabah.az xəbər verir ki, Nərimanov Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə rayon ərazindəki mənzillərin birindən 2000 manat dəyərində samovar oğurlamaqda şübhəli bilinən əvvəllər dəfələrlə məhkum olunmuş Anar Babayev müəyyən olunaraq saxlanılıb. Faktlar üzrə hazırda istintaq araşdırması aparılır.
Bu barədə paylaşım edən Kəmərli polis əməkdaşlarına təşəkkür edib: Dördpendirli pizza
"Nərimanov Rayon Polis İdarəsi əməkdaşlarına dərin təşəkkürümü bildirirəm. Mənzilimdən oğurluğa cəhd edən şəxs saxlanıldı.Təşəkkürlər Azərbaycan polisi! Sən demə, mənim evimdən oğurluğa cəhd edən şəxs məndən sonra başqa bir evə girərək 2 min manat dəyərində olan samovarı oğurlayıbmış. Bir daha deyirəm.Mənzillərinizi çalışın başsız buraxmayın".
Telegram kanalımız