Bir neçə gündür Tarix Əliyevin aparıcısı olduğu “Ümid ilə gəl” proqramında yaşanan qalmaqal sona çatıb.
Yenisabah.az xəbər verir ki, efirə gələrək keçmiş gəlinini "narkoman" adlandıran qayınananın ittihamlarından sonra Tolik sözügedən xanımı klinikaya analiz vermək üçün göndərib.
“Ümid ilə gəl” verilişində yaşanan gərgin anların ardınca xanımın narkoman olmadığı üzə çıxıb. pizza
Gəlin isə keçmiş qayınanasını məhkəməyə verəcəyini deyib:
“Mən atamı bağışlayıram, amma səni heç vaxt bağışlamayacam. Məni ittiham etdiyiniz üçün məhkəməyə verirəm. Deyirdiniz, aludəçisən. Hər gün qızıma məktəbdə deyirdilər ki, anan narkomandır. Bu məsələ ictimailəşib üzə çıxmasaydı, sabah mənim qızımı kim alacaqdı?”
Həmin görüntüləri təqdim edirik:
Telegram kanalımız