Naxçıvan-Türkiyə sərhədi açılıb, amma 50 kiloqram məhsul aparmasan...

saytların hazırlanması

Evə çatdırılma

Naxçıvan-Türkiyə sərhədi açılıb, amma 50 kiloqram məhsul aparmasan...

Hadisə

21 Oktyabr 2022 09:34 6905


Naxçıvan üzərindən Türkiyə ilə quru sərhədinin tam açıldığı bildirilir.

“Yeni Sabah” bildirir ki, bu barədə “AzPolitika.info”-ya Naxçıvan sakinləri məlumat veriblər.

Naxçıvandakı mənbələr oktyabrın 1-dən Türkiyəyə gediş-gəlişin yenidən bərpa olunduğunu, lakin sərhədi keçmək üçün bir sıra tələblərin irəli sürüldüyünü bildiriblər: “Türkiyəyə getmək üçün mütləq şəkildə özünlə azı 50 kiloqram məhsul aparmalısan. Məhsul aparmaqdan imtina edən şəxsləri sərhəddən buraxmırlar. Öz cibimizdən pul verərək, üzüm, kələm, turp kimi meyvə-tərəvəz məhsullarını alıb Türkiyəyə aparırıq. Digər rayon qeydiyyatında olan şəxslər də bu üsulla sərhəddən buraxılırlar. Türkiyə tərəfdən gələnlər isə hər hansı bir maneə ilə üzləşmirlər. Deyilənə görə, noyabr ayının 1-dən bu maneələr tam aradan qaldırılacaq”. Marqarita pizza

Mövzuyla bağlı Dövlət Sərhəd Xidmətinin informasiya vasitələri ilə iş şöbəsinin rəisi, polkovnik-leytenant Aftandil Abbasov açıqlamasında sərhədin bağlı olaraq qaldığını və hələlik bu barədə heç bir dəyişikliyin olmadığını bildirib.

Xatırladaq ki, Nazirlər Kabinetinin 20 iyunda verdiyi qərara əsasən, iyulun 1-dən sentyabrın 1-dək Naxçıvan Muxtar Respublikası ərazisində Sədərək və Culfa gömrük-sərhəd buraxılış məntəqələri iki ay müddətinə sərnişin daşımalarına qapadılmışdı.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!