Nazarbayev Çindədir? - XİN-dən açıqlama

saytların hazırlanması

Evə çatdırılma

Nazarbayev Çindədir? - XİN-dən açıqlama

Dünya

11 Yanvar 2022 14:27 915


Qazaxıstanın keçmiş prezidenti Nursultan Nazarbayevin Çində olması ilə bağlı yayılan xəbərlər yalandır.

Yenisabah.az "RIA Novosti"yə istinadla xəbər verir ki, tÇin Xarici İşlər Nazirliyinin mətbuat xidməti təkzib məlumatı yayıb.

Bundan əvvəl media Nazarbayevin guya Çinə uçması ilə bağlı informasiya dövriyyəyə buraxılmışdı.  pizza hut

"Bu, tamamilə yalan məlumatdır. Qazaxıstanın keçmiş prezidentinin mətbuat katibi Nazarbayevin hazırda ölkənin paytaxtı Nur-Sultanda olduğunu bildirib", - deyə Çin XİN-dən bildirilib.

Daha əvvəl Nazarbayevin mətbuat xidməti xəbər vermişdi ki, Qazaxıstanın keçmiş prezidenti Nur-Sultandadır və hamını dövlət başçısı Kasım-Jomart Tokayevin ətrafında toplaşaraq, çətinlikləri dəf etməyə və ölkənin bütövlüyünü təmin etməyə çağırır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!