Qazaxıstanın eks-prezidenti Nursultan Nazarbayevin böyük qızı, parlamentin aşağı palatasının deputatı yenidən parlamentin plenar iclasına gəlməyib.
Yenisabah.az "RİA Novosti"yə istinadla xəbər verir ki, Dariqa Nazarbayeva koronavirusdan sonra bərpa olunduğu üçün yanvarın əvvəlindən kollegiya iclaslarında iştirak etmir.
"İndi o, məzuniyyətdədir", - parlamentin mətbuat xidmətindən bildiriblər. Dördpendirli pizza
Bundan əvvəl hakim “Nur Otan” partiyasının deputatı Aydos Sarım demişdi ki, Qazaxıstanda baş vermiş yanvar hadisələri “onun soyadı” ilə bağlı olduğundan Dariqa Nazarbayeva istefaya getməlidir.
Deputat vurğulayıb ki, D. Nazarbayevaya münasibətdə "ictimaiyyətdə böyük inamsızlıq və narazılıq var, buna cavab vermək lazımdır".
Qazaxıstana 30 ilə yaxın rəhbərlik etmiş Qazaxıstanın eks-prezidenti 2019-cu ilin martında istefa verib.
Telegram kanalımız