Nazəninin prodüserindən atmacalı sözlər - Video

saytların hazırlanması

Evə çatdırılma

Nazəninin prodüserindən atmacalı sözlər - Video

Şou

03 Yanvar 2023 11:03 1018


Müğənni Nazənin Salayevanın prodüseri Pərviz Fəqan atmacalı paylaşımı ilə diqqət çəkib.

Yenisabah.az Milli-yə istinadla xəbər verir ki, prodüserin sosial şəbəkə hesabında paylaşdığı videoçarxda "Xəzər dənizi Bakıya yaraşdığı kimi, "Ay ürəyim" sözü də bu xanıma yaraşır" deməklə müğənni Damla və Rəqsanənin bostanına daş atdığı iddia olunur.

Son günlər Rəqsanə İsmaylova ilə Damla arasında "Ay ürəyim" adlı eyni mahnı üstündə səngimək bilməyən, qarşılıqlı ittihamlarla saqqız kimi uzanan qalmaqal yerli medianın şou xəbərlərinə damğa vuran hadisəyə çevrilib. pizza hut

Ehtimal edilir ki, Pərviz bu paylaşımı ilə iki müğənni arasında qalmaqala səbəb olan "Ay ürəyim" adlı fərqli bir mahnının illər əvvəl Nazəninin ifasında sevilməsinə və ilk dəfə bu adda mahnının məhz Nazəninin ifasında hit olmasına işarə edib. 

R. İsmayılova "Həmin Zaur" proqramında Damla ilə iki dəfə mahnı məsələsində problem yaşadığını, sonuncu dəfə isə "Ay ürəyim" bəstəsinə görə sözlərinin çəp gəldiyini deyib. Onun sözlərinə görə, o, mahnını ifa etdikdən sonra Damlanın da səsləndirdiyini öyrənib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!