Nazilə nəvəsinə “siçovul“ dedi: “Ona görə statusum dəyişir” - VİDEO

saytların hazırlanması

Evə çatdırılma

Nazilə nəvəsinə “siçovul“ dedi: “Ona görə statusum dəyişir” - VİDEO

Şou

16 Fevral 2023 17:17 1012


"Nəvəm 2 kiloqram, 900 qramdır. Bu boyda siçovula görə Nazilənin statusu dəyişir (gülür). Çox balacadır".

Yenisabah.az bizim media-ya istinadla xəbər verir ki, bu sözləri şairə Nazilə Səfərli qonaq olduğu "7 canlı" axşam şousunda deyib.

Bir neçə gün əvvəl nənə olan Nazilə hisslərini bu cür ifadə edib: Marqarita pizza

"Nəvəmi görməyə getmişdim. Ona baxıb deyirəm ki, 6 ay yatmağa vaxtın var. 6 aydan sonra uşaq geyim və oyuncaq butikləri hamısı bizi gözləyir. Hamısından beh almışam. Kişi yatmaz, durar işləyər. Şərikik, dur, işləyək.

Özüm-özümə danışıram. Hələ mənə nənə olmaq çatmır. Çünki beynim hələ nənə olmaq üçün format olunmayıb. Amma hiss edirəm ki, evimizdə bir can, soyadımda artım var. Oğlumun gözəl sözü oldu. O, oğlunu qucağına alanda, mənə təşəkkür etdi.

Hər valideyin bizim kimi cəfakeş olmur. Elə valideyn var ki, dünya aləm vecinə deyil. Ola bilər, evdə az olmuşam. Amma uşaqlarımı cəmiyyətə yararsız etməmişəm. Bunu hamı da bilir. İnanıram ki, atası nəvəmə yaxşı tərbiyə verəcək". 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!