Nazilədən yol polislərinə sitəm: “Ağzımı açdıracaqsınız indi...“

saytların hazırlanması

Evə çatdırılma

Nazilədən yol polislərinə sitəm: “Ağzımı açdıracaqsınız indi...“

Şou

07 Sentyabr 2022 12:36 1227


Tanınmış şairə, aparıcı Nazilə Səfərli ötən gün yağış yağdıqda tıxacda qaldığı üçün sərt etiraz edib.

Yenisabah.az xəbər verir ki, sosial şəbəkə hesabında bu barədə paylaşım edən şairə şəhərin mərkəzində işıqforun işləmədiyi üçün tıxac yarandığını qeyd edib:

"Şəhərin bu yerində - sağda aviakassa, solda çay fabriki. Şəhərin bu yerində işıqfor xarab olar? İşıqforun işləməməyi görün, nə qədər qəza şəraiti yaradır. Görün, nə qədər problem yaşadırsınız bizə... Ağzımı açdıracaqsınız indi. Gör, camaat nə gündədir... pizza sifarişi

Yağış bir yandan, işıqfor işləmir bir yandan. Avtobuslar da Allah göstərməsin, damımıza dırmaşır.

"28 May" metrostansiyasından bir azdan "Port Baku"ya yaxınlaşıram. Ora qədər bir dənə yol polisi yoxdur. Neyləyirsiniz? Nə işlə məşğulsunuz? Başqa vaxt gözümüzü deşirsiniz. Hardasınız yağış yağanda? Hamınız yoxa çıxmısınız".

Həmin görüntüləri təqdim edirik: 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!