Nazim Bəydəmirli həbs olundu - Məhkəmə qərarı

saytların hazırlanması

Evə çatdırılma

Nazim Bəydəmirli həbs olundu - Məhkəmə qərarı

Kriminal

05 İyul 2023 16:01 5443


İyunun 4-də saxlanılan keçmiş deputat Nazim Bəydəmirli barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı təqdimata baxılıb.

Yenisabah.az Qafqazinfo-ya istinadən xəbər verir ki, Nərimanov Rayon Məhkəməsində keçirilən iclasda istintaq orqanının təqdimatı əsaslı hesab edilib.

Qərara əsasən N. Bəydəmirli barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib. pizza mizza

Keçmiş deputat Cinayət Məcəlləsinin 182.2.2ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilib.

Rəsmi məlumatda deyilir ki, Nazim Bəydəmirli vətəndaş müraciəti əsasında saxlanılıb.

Qeyd edilib ki, vətəndaş polisə müraciət edərək N.Bəydəmirlinin onu rüsvayedici görüntülərlə hədələyərək, 50 min manat pul tələb etdiyini deyib. O, bu ilin il iyunun 24-də N.Bəydəmirliyə 10 min manat versə də, sonuncu qalan məbləği vermədiyinə görə şikayətçini ailəsi ilə şantaj edərək rüsvayedici görüntüləri yayacağını bildirib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!