Nazir minimum əməkhaqqı və pensiya artımından danışdı: “Nəzərdə tutulub”

saytların hazırlanması

Evə çatdırılma

Nazir minimum əməkhaqqı və pensiya artımından danışdı: “Nəzərdə tutulub”

Sosial

19 Noyabr 2024 11:38 348


Minimum əməkhaqqı, minimum pensiya və digər sosial ödənişlərin artımı üçün 2025-ci il üçün dövlət büdcəsində vəsait nəzərdə tutulub.

Yenisabah.az apa-ya istinadla xəbər verir ki, bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya, Əmək və sosial siyasət, Səhiyyə, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin birgə keçirilən iclasında gələn il üçün büdcə zərfinin müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov deyib.

O bildirib ki, sosial xərclərə cari illə müqayisədə 8,8 % çox vəsait ayrılacaq: Dominos pizza

"Növbəti ildə Dövlət Sosial Müdafiə Fondunun balanslaşdırılması məqsədilə də dövlət büdcəsindən vəsait ayrılacaq. Keçmiş məcburi köçkünlərin sosial müdafiəsinin təmini üçün dövlət büdcəsindən 310 milyon manat vəsait proqnozlaşdırılır”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!