Müstəqillik qazanandan sonra Azərbaycanda bir neçə təhsil naziri dəyişsə də, təhsildəki problemlər böyük ölçüdə həll edilməmiş qalır.
“Yeni Sabah” xəbər verir ki, Əməkdar elm xadimi, professor Şahlar Əsgərov "bakupost.az"-a müsahibəsində təhsil sahəsindəki problemlərdən danışıb.
O, Təhsil naziri postuna təyinat aparılarkən, gənclərə deyil, yaşlı, təcrübəli və qərar qəbul etmək bacarığı olanlara üstünlük verilməli olduğunu bildirib. Marqarita pizza
“Misir Mərdanov yaşlı və təhsil sahəsində kifayət qədər təcrübəli idi. Bəs o, niyə təhsil sahəsində dönüş yarada bilmədi" sualına cavabında isə Şahlar Əsgərov deyib: "Misir Mərdanov sovet dövrünün yetişdirməsi idi. İnsanlar iki cür olur: introvertlər və ekstravertlər. Ekstravertlər o kəslərdir ki, millətin yolunda özünü qurban verər. İntrovertlər isə o kəslərdir ki, xalqın payından istifadə edə bilər. Buna görə də nazir təyin olunan şəxs yoxlanılmalıdır: Bu adam kimdir? Dövlətə, yoxsa özünə qulluq edəcək?"
Şahlar Əsgərov əlavə edib ki, vaxtilə Lidiya Rəsulovanın Təhsil naziri postuna təyinatı daha doğru qərar olub.
Telegram kanalımız