“Nazirlərin Berlində görüşünə ona görə razı oldum ki...” - Paşinyan

saytların hazırlanması

Evə çatdırılma

“Nazirlərin Berlində görüşünə ona görə razı oldum ki...” - Paşinyan

Siyasət

29 Fevral 2024 02:07 2544


Nikol Paşinyan Azərbaycan və Ermənistan XİN başçılarının niyə Almaniyada görüşməsinə razı olduğuna aydınlıq gətirib.

Yenisabah.az Teleqraf.com-a istinadən xəbər verir ki, bu barədə Ermənistan baş naziri parlamentdə deputatların sualına cavab olaraq deyib.

“Niyə Almaniya? Çünki Almaniya Qranada dördtərəfli görüşünün iştirakçısıdır və 3 mühüm prinsip imzaladı: Almatı Bəyannaməsi əsasında Ermənistan və Azərbaycanın ərazi bütövlüyünü tanıdı, Almatı Bəyannaməsi demarkasiya və delimitasiya üçün əsas olmalıdır və regional kommunikasiyalar ərazisindən keçdikləri ölkələrin suverenliyi və yurisdiksiyası altında olmalı, bərabərlik və qarşılıqlılıq prinsipləri əsasında fəaliyyət göstərməlidir. Hər hansı vasitəçi bunu çərçivədən çıxarmağa cəhd edərsə, bu, Ermənistan üçün qəbuledilməzdir”, - Paşinyan bildirib. Sezar pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!