Nazirliyin binası Azərbaycan bayrağını büründü - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Nazirliyin binası Azərbaycan bayrağını büründü - Fotolar

Sosial

14 Oktyabr 2020 20:11 1334


"Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan öz haqlı savaşında qazandığı zəfərlərlə, torpaqlarının işğaldan azad edilməsi istiqamətində möhtəşəm uğurları ilə yeni qəhrəmanlıq salnaməsi yazır". 

Yenisabah.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Müdafiəsi Nazirliyinin yaydığı məlumatda qeyd olunub.

"Yaşanan Qələbə ruhuna, ölkə əhalisinin yüksək vətənpərvərlik duyğularına töhfə olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin binası Azərbaycan bayrağı ilə bəzədilib.  pizza mizza

İşğal altında olan ərazilərimiz düşməndən azad edildikcə, həmin ərazilərdə Azərbaycan bayrağı dalğalanır və hər birimizə sonsuz qürur hissi bəxş edir. Qələbələrimiz davam edəcək və yaxın zamanda işğaldan azad ediləcək bütün digər doğma yurd yerlərimizdə də bayrağımız yüksələcək! 

Əbədi müstəqilliyimizin rəmzi olan bayrağımız həmişə ucalarda dalğalansın!", - deyə əlavə olunub.  

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!