Nəfəsin “Range Rover”indən külli miqdarda pul oğurlandı

saytların hazırlanması

Evə çatdırılma

Nəfəsin “Range Rover”indən külli miqdarda pul oğurlandı

Şou

02 Yanvar 2023 12:25 12871


Bakıda maşından pul oğurlayan şəxs saxlanıb.

Yenisabah.az xəbər verir ki, bu barədə Daxili İşlər nazirliyi məlumat yayıb.

Bildirilib ki, Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinə ötən il dekabrın 30-da rayon ərazisində “Range Rover” markalı avtomobildən 6000 manatın oğurlanması barədə məlumat daxil olub.  Pepperoni pizza

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Ağdaş rayon sakini T.Ağayev müəyyən olunaraq saxlanılıb.

Qeyd edək ki, pul tanınmış müğənni Nəfəsin maşınından oğurlanıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!