““Nəhayət, maskalar cırıldı“ - Podolyak

saytların hazırlanması

Evə çatdırılma

““Nəhayət, maskalar cırıldı“ - Podolyak

Dünya

01 Mart 2022 13:36 1342


"Rusiyanın bugünkü məqsədi kütləvi təlaş, mülki əhali arasında itkilər və infrastrukturun məhv edilməsidir".

Yenisabah.az xəbər verir ki, Ukrayna Prezident Aparatının rəhbərinin müşaviri Mixail Podolyak bildirib.

O, “Twitter” səhifəsində yazıb: Dördpendirli pizza

"Nəhayət, maskalar cırıldı. Rusiya şəhər mərkəzlərini fəal şəkildə atəşə tutur, yaşayış məhəllələrinə və hakimiyyət orqanlarına birbaşa raket və artilleriya zərbələri endirir. Rusiyanın məqsədi bəllidir - kütləvi təlaş, mülki əhali itkiləri, infrastrukturun məhv edilməsi".

Podolyakın sözlərinə görə, Ukrayna ləyaqətlə mübarizə aparır.

Xatırladaq ki, martın 1-də səhər saatlarında Xarkov vilayəti dövlət administrasiyasının binası istiqamətində Rusiya hərbçiləri raket zərbəsi endirib. İlkin məlumata görə, 20-yə yaxın insan xəsarət alıb. Rayon dövlət administrasiyasının binası demək olar ki, dağılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!