“Nəslimizdə hamının səsi var” - Əməkdar artist

“Nəslimizdə hamının səsi var” - Əməkdar artist

Şou

05 Fevral 2023 14:10 590


Əməkdar artist İlkin Əhmədov uşaqlıq illərindən danışıb. Xanəndə 1993-cü ildə Cəbrayıldan köçkün düşəndən sonra çətin həyat yaşadıqlarını bildirib. 

Yenisabah.az xəbər verir ki, o, bu barədə "Söhbət musiqidən gedir" verilişində söz açıb. İlkin Əhmədov atası ilə qoyun nobatına getdiyini xatırlayıb: "Biz də qoyun-quzu saxlayırdıq. Müvəqqəti məskunlaşdığımız kənddə nobat vardı. On-on beş gündən bir qoyun otarmaq növbəsi bizə çatırdı. Qışın soyuğunda, yayın istisində atamla qoyun otarmağa gedirdik. O vaxt 6-7-ci sinifdə oxuyurdum. Bir gün bulaq başında atamın muğam oxuduğunu gördüm. Atamın ecazkar səsi vardı. O səs hələ də qulaqlarımdan getməyib". 

Xanəndə deyib ki, yaxşı səs ona genetik kodlarla ötürülüb: "Nəinki atamın, babamın da yaxşı səsi olub. Əmilərimin, dayılarımın da səsi var. Rəhmətlik nənəmiin də yaxşı səsi olub. Qardaşlarımın, əmim oğlanlarının, digər yaxın qohumlarımın da yaxsı səsi var. Ümumiyyətlə, bizim nəsildə hamının səsi var. Amma mən bu sənətlə peşəkar səviyyədə məşğul oldum. Onların öz iş-gücü, başqa sənətləri var". 

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!