Nikol Əliyevlə yeni sənəd imzalamağa hazırlaşır – Saqatelyan

saytların hazırlanması

Evə çatdırılma

Nikol Əliyevlə yeni sənəd imzalamağa hazırlaşır – Saqatelyan

Siyasət

31 Dekabr 2020 22:59 1289


Ermənistan Baş naziri Nikol Paşinyan Azərbaycan Prezidenti İlham Əliyevlə yeni sənəd imzalamaq niyyətindədir.

Politik.am yazır ki, bu məlumatı Daşnaksütyun Partiyasının liderlərindən biri olan İşxan Saqatelan paylaşıb. O iddia edib ki, Paşinyan “öz planı”nın 25%-ni reallaşdıra bilər:

“Satqın özünün 6 aylıq planı çərçivəsində Laçının bəzi yaşayış məntəqələrini, Qaraunc ərazisindəki 30 hektar ərazini, Tavuşda bir neçə yaşayış məntəqəsini güzəştə getməyə hazırlaşır. Nikol yaxın zamanlarda şifahi razılaşma əsasında verilən ərazilərin qanuniləşməsi üçün yeni sənəd imzalamağa hazırlaşır”, – deyə o bildirib. Toyuqlu pizza

Qeyd edək ki, Ermənistanla Azərbaycanın sərhədinin müəyyən edilməsi istiqamətində işlər davam edir. Ermənistan torpaqlarımızı işğalda saxladığı müddətdə sərhədləri özbaşına irəli çəkməklə, Azərbaycan torpaqlarını, o cümlədən Kəlbəcərin qızıl yatağını istismar edib. Hazırda GMS sistemi vasitəsilə, o cümlədən SSRİ dövrünün xəritələri ilə sərhədlər bərpa edilərkən ermənilərin böyük ölçüdə sərhədlərimizə girdiyi, həmin əraziləri əkib-becərdiyi, hətta ev və obyekt tikdiyi üzə çıxır. Azərbaycan Ordusu sərhədləri bərpa etdikdə isə Ermənistan müxalifəti bunu həyasızcasına “torpaqların hədiyyə edilməsi” kimi qələmə verməyə və daxili siyasi mübarizədə istifadə etməyə çalışır. Halbuki sərhədlərin qanunsuz olaraq irəli çəkildiyini Ermənistan MEA-dakı xəritələrlə erməni alimləri özləri də təsdiqləyirlər.

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan Baş naziri Nikol Paşinyanın 11 yanvarda Moskvada Rusiya lideri Putinin iştirakı ilə görüşəcəyi haqda məlumat yayılıb. /Konkret.az

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!