“Nobel Mükafatı Zelenskiyə verilsin“ - Müraciət

saytların hazırlanması

Evə çatdırılma

“Nobel Mükafatı Zelenskiyə verilsin“ - Müraciət

Dünya

18 Mart 2022 10:14 470


Bir sıra avropalı siyasətçilər Vladimir Zelenskiyə 2022-ci ildə Nobel Sülh Mükafatı verilməsi təşəbbüsü ilə çıxış ediblər.

Yenisabah.az xəbər verir ki, hazırkı və keçmiş siyasətçilər, Avropa Parlamentinin üzvləri Norveç Nobel Komitəsindən 2022-ci il üçün Nobel Sülh Mükafatına namizədlərin irəli sürülməsi prosedurunu nəzərdən keçirməyi və Vladimir Zelenskini siyahıya əlavə etməyə vaxt tapması üçün müraciət müddətini uzatmağı xahiş ediblər.

Hazırda Komitəyə ərizələrin qəbulu artıq başa çatıb. Buna görə də, siyasətçilərin müraciətində deyilir: pizza

“Biz Komitəyə Prezident Zelenskinin və Ukrayna xalqının Nobel Sülh Mükafatına namizədliyinin irəli sürülməsinə icazə vermək üçün Nobel Sülh Mükafatına namizədlik prosedurunun 2022-ci il martın 31-dək uzadılması xahişi ilə müraciət edirik”.

Bundan əvvəl Norveç Nobel Komitəsinin mətbuat xidməti məlumat vermişdi ki, bu il Nobel Sülh Mükafatına 251 fiziki şəxs və 92 təşkilat müraciət edir.

2021-ci il üçün Nobel Sülh Mükafatı rusiyalı jurnalist və “Novaya qazeta”nın baş redaktoru Dmitri Muratov və filippinli jurnalist Mariya Ressaya verilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!