“Nöqtə, vergül yerinə Qarabağ yazaq“ - Psixoloqdan maraqlı   TƏKLİF

saytların hazırlanması

Evə çatdırılma

“Nöqtə, vergül yerinə Qarabağ yazaq“ - Psixoloqdan maraqlı TƏKLİF

Sosial

23 Oktyabr 2020 15:32 1870


Məlum olduğu kimi, bütün cəbhəboyu genişmiqyaslı əks-əməliyyatlar başlandığı gündən etibarən müharibə təkcə cəbhədə yox, həm də informasiya məkanında gedir.

Sosial şəbəkələrdə vətəndaşlar erməni terrorunu dünyaya çatdırmağa çalışır. Bəzən “Facebook” və “Twitter” azərbaycandilli istifadəçiləri bloklamağa başlayır. Bir çoxları bununla bağlı müraciətlər edir, problemin həll olunması üçün rəylərə nöqtə-vergül yazılmasını istəyirlər.

Yenisabah.az-a danışan psixoloq Aytən Ələkbərova bununla bağlı təklif irəli sürüb. O, rəylərə “Qarabağ” və ya işğalda olan torpaqlarımızın adının yazılmasını məsləhət görüb: Sezar pizza

“Mən dünəndən bir ideya irəli sürmüşəm. Sosial şəbəkələrdə “nöqtə, vergül istəyənlər” var, gəlin nöqtə-vergülün əvəzinə Qarabağ və ya işğaldan azad olunan torpaqlarımızın adını yazaq. Çünki  “Facebook”u işlədənlər bizi kimlərsə şikayət etdikdə orada təkcə nöqtə-vergül yox, torpaqlarımızın adını görsünlər. Şərhlərə “Qarabağ”, “Qarabağ Azərbaycandır” yazmaqla informasiya müharibəsi dövründə bunu daha çox yaymış olarıq”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!