Nuran Abdullayev: “...virusun yayılmasının qarşısını almaq mümkün olmayacaq”

saytların hazırlanması

Evə çatdırılma

Nuran Abdullayev: “...virusun yayılmasının qarşısını almaq mümkün olmayacaq”

Sosial

30 Noyabr 2020 12:18 1448


“Pandemiyaya qarşı mübarizə tədbirləri çərçivəsində dünyanın əksər dövlətləri xəstəliyin qarşısını almaq üçün sərt məhdudiyyətlər tətbiq etmək məcburiyyətində qalırlar. Çünki dövlətlərə də məhdudiyyətlərə getmək sərf etmir. Bu Azərbaycanda da belədir, eləcə də bütün dünyada. Ona görə ki, bunun bilinən iqtisadi, maliyyə, sosial və insanların psixologiyasına təsir edəcək qədər zərərli tərəfləri var”.

Yenisabah.az xəbər verir ki, bu barədə Almaniya Azərbaycan Radiologiya və Neyroradiologiya cəmiyyətinin sədri, Köln Üniversitetinin tibb elmləri doktoru Nuran Abdullayev bildirib.

O qeyd edib ki, dünyada dövlətlər özlərinə dəyən iqtisadi və sair zərərləri gözə alaraq insanların sağlamlıqlarını, təhlükəsizliklərini düşünərək müəyyən məhdudiyyətlərə gedirlər: Toyuqlu pizza

“Elm sübut edir ki, bu məhdudiyyətlərin yüngül formada tətbiqi, həmçinin insanlardan müəyyən qaydalara əməl edilməsi tələb olunarsa, virusla daha effektiv mübarizə aparmaq olar. Amma insanlar deyilənlərə əməl etməzlərsə o zaman təbii olaraq virusun yayılmasının qarşısını qoyulan yüngül məhdudiyyətlər almayacaq. Nəticədə məhdudiyyətlər daha da sərtləşdirilməlidir. Əks halda yoluxma sayları o qədər çoxala bilər ki, ölkələrin səhiyyə sistemləri xəstələrə kifayət qədər tibbi xidmət göstərməyə bilər. Bu da ölüm saylarının artmasına gətirib çıxara bilər. Ona görə də Azərbaycanda hər kəs bilməlidir ki, əgər yoluxma halları gündəlik olaraq artarsa, məhdudiyyətlərin sərtləşdirilməsi qaçılmazdır”.

Həkim tövsiyə edib ki, ilk olaraq insanlar elmə əsaslanan dəqiq xəbərləri oxusunlar:

“Bu zaman təhlükənin nə qədər böyük olduğunu ciddi anlamaq olacaq. İnsanlarımızın böyük qisminin məsuliyyətsiz yanaşmasının bir vacib səbəbi də səhiyyə sistemimizdə olan müəyyən boşluqlardır ki, o da başa düşüləndir. Amma buna baxmayaraq mən də öz növbəmdə bildirmək istəyirəm ki, inam korona böhranı zamanı qələbənin yarısı yox, elə hamısıdır. İnamsızlıq isə ölümə bərabərdir. Ona görə də insanlarımız bu mərhələdə virusun ciddi fəsadlar törədəcəklərinə inanıb ciddi şəkildə deyilənlərə əməl eləsinlər və qalib olsunlar”.

N.Abdullayev bildirib ki, qoyulan məhdudiyyətlərə cavab olaraq yoluxma saylarının aşağı düşməsinə ən azı 2 həftə zaman lazımdır:

“Bu da o deməkdir ki, bugünlərdə insanlar yenidən kütləvi şəkildə yürüşlər və sair keçirərlərsə bu minimum iki həftə sonrakı vəziyyəti daha da pisləşdirəcək. Hətta bu kütləvi tədbirlərdən sonra sərt məhdudiyyətlərə də gedilsə artıq yoluxma saylarının müəyyən dövrdə ciddi şəkildə qalxmasına, yəni qarşısının alınmasına təsir edə bilməyəcək. Bu da öz növbəsində insanlar arasında narazılığa səbəb ola bilər ki, bu qədər sərtləşmə olur, amma yoluxma sayı yenə də artır. Sadəcə insanlar mənim yuxarıda qeyd etdiyim amili dərk etsələr görərlər ki, səbəb özləridir və məhdudiyyətlərin qoyulması heç olmasa 2 həftədən sonra daha da pis olmamasına görədir. Burdan da bir daha görünür ki, insanlar virusun yayılma mexanizmini və ona qarşı tədbirlərin effektivliyini doğru anlamalıdırlar. Belə olarsa görərlər ki, virusun yayılmasında başlıca amil şəxslərin özləri və bir də onların davranışlarıdır. Əgər müəyyən zaman ərzində hər bir şəxs özünü canlı ünsiyyətlərdən tamamilə təcrid edərsə, bu virusun yayılmasına qarşı ciddi təsir edər”.

Sayad HƏSƏNLİ


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!