Fəvzan Musa Xan İsrailin Bakıdakı səfirliyini izləyib.
Yenisabah.az xəbər verir ki, bu barədə "Jerusalem Post" nəşri yazıb.
İsrail nəşri Azərbaycan DTX-nin Əfqanıstan vətəndaşının saxlamasına dair məqalə dərc edib. Pepperoni pizza
Məqalədə qeyd olunur ki, DTX Bakıda hansı ölkənin səfirliyində terror aktı törədəcəyini açıqlamamışdı. "Jerusalem Post" Favzan Musa Xanın məhz Bakıdakı İsrail səfirliyini hədəfə almasını iddia edib.
"Təhlükəsizlik xidmətlərinin yaydığı fotoşəkillərə görə, əfqan Fəvzan Musa Xan, bir sıra digər səfirliklərlə yanaşı, İsrailin Bakıdakı səfirliyinin yerləşdiyi "Hyatt Regency" otel kompleksini izləyib. Təhlükəsizlik xidmətləri şübhəlinin müşahidəsinin əməliyyat görüntülərini də yayıb".
“Son aylarda terrorçu qruplar tərəfindən hazırlanan və Azərbaycandakı İsrail və yəhudi hədəflərinə yönələn bir neçə hücum cəhdinin üstü açılıb”, - deyə "Jerusalem Post" qeyd edib.
Telegram kanalımız