Ukraynanın Odessa şəhərində yaşayan Sinan Bayraklı adlı Türkiyə vətəndaşının sosial şəbəkə hesabında paylaşdığı görüntülər ölkədəki müharibənin qısa zamanda gündəlik həyata necə ağır təsir etdiyini ortaya çıxarıb.
Yenisabah.az xəbər verir ki, Bayraklı paylaşdığı videoda deyib:
"Qonşularımızla bir sığınacaqdayıq. Putinin səhərki bəyanatından sonra Odessada ilk partlayış səsləri eşidildi. Uşaqlar təlaş keçirsə də, onları təhlükəsiz yerə apardım, yaxınlıqda bunker var. Burada türk qonşularımız var. Küçəyə çıxıb harasa gedə bilmirik. Bu təhlükəlidir. Vəziyyət həqiqətən pisdir”. Marqarita pizza
Həmin görüntüləri təqdim edirik:
Telegram kanalımız