Türkiyə Respublikasının müxtəlif bölgələrində baş vermiş zəlzələ ilə bağlı azərbaycanlı məşhurlar da səssiz qalmayıb. Sənətçilər qardaş ölkəyə baş sağlığı verir, insanları Türkiyəyə yardıma səsləyirlər.
Mövzu ilə bağlı Yenisabah.az-a danışan müğənni Nadir Qafarzadə bu barədə danışmağın belə ona çətin gəldiyini deyib:
“Nə deyim, bilmirəm. Allah köməkləri olsun, bu, böyük faciədir. Düşünürəm ki, dünyada görünməyən faciədir. Bu günə qədər fantastik filmlərdə izlədiyimiz görüntüləri real həyatda görə bildik. Çox təəssüf edirəm. İnsanlar diri-diri torpaq altında qaldılar, bunu dilə gətirmək belə mənə o qədər çətin gəlir ki... Dördpendirli pizza
Hadisə dəhşətlidir, təsəvvür edin, evində dinc yatasan və birdən-birə, bir andaca evin uçsun, altında qalasan. Düşünürəm ki, dünyanın dağılmağı budur. Allah köməkləri olsun, biz də əlimizdən gələni edirik. Azərbaycan xalqı hər zaman humanist xalq olub, təkcə Türkiyəyə qarşı yox, bütün dünya xalqlarına qarşı belə olmuşuq. Türkiyəyə də ilk yardım əlini uzadan Ali Baş Komandanımız İlham Əliyev oldu. İndi də Azərbaycan xalqı birləşərək yardım edir. Kimin əlindən nə gəlirsə, hər kəs bacardığı qədər kömək etdi. Bu da o deməkdir ki, Azərbaycan xalqı böyük xalqdır. Biz həmişə belə, yaxşı işlərimizlə fərqlənmişik. Allah Azərbaycan xalqına can sağlığı versin, dərd-bəladan uzaq etsin, o cümlədən də türk xalqını”.
Sənətçi bundan sonra bu cür bəlaların yaşanmaması üçün hər gün dua etdiyini bildirib:
“Ümumiyyətlə, dünyada yaşayan bütün xalqlara dərd-bəladan, fəlakətlərdən uzaq olmağı arzu edirəm. Hər kəsi Allah yaradıb. Allah yaratdığı heç bir bəndəyə pis gün göstərməsin. Öləndə də öz əcəlinlə dünyadan gedəsən, bu cür faciəvi şəkildə yox. Şəhərlər viran oldu, ailələr başsız qaldı, bir ailədən neçə nəfər dünyasını dəyişdi, insanlar küçədə qaldı, evləri viran oldu, dağıldı. Söz də tapmıram deməyə. Bu gün bu haqda danışmaq, nəinki danışmaq beynində fikirləşmək belə çox çətindir. Allah türk xalqına səbir versin, ölənlərə rəhmət, yaralananalara şəfa arzulayıram. Ailəsini itirənlərə Allah böyük səbir versin, çox çətindir. Biz burdan səbir deyirik, amma səbirdən də keçib. Bu işlərin axırı necə olacaq bilmirəm. Allah bundan sonra dünyamızı salamat etsin”.
Əsmətxanım RZAZADƏ
Telegram kanalımız