“Onlar bizi Ukrayna müharibəsinə çəkmək istəyirlər“ - Lukaşenko

saytların hazırlanması

Evə çatdırılma

“Onlar bizi Ukrayna müharibəsinə çəkmək istəyirlər“ - Lukaşenko

Dünya

03 Mart 2022 13:28 1105


"Onlar sadəcə olaraq Belarusu Ukraynada müharibəyə sövq etmək istəyirlər".

Yenisabah.az "BELTA"ya istinadla xəbər verir ki, bunu prezident Aleksandr Lukaşenko deyib.

O bildirib: “Gördüyünüz kimi, onlar bizi Ukraynadakı müharibəyə sövq etmək istəyirlər. Bilərəkdən, sərhədlərimizin qalan hissəsini mühafizəsiz qoymağımız üçün. Sonra tez-bazar bizimlə məşğul olacaqlar, sizi qorumaq üçün Ukraynadan qayıtmağa macal tapmayacağıq. Bu bir taktikadır və 2020-ci ilin avqustunda olduğu kimi, sonradan yenidən başlamamaq üçün Rusiya və bizimlə eyni vaxtda məşğul olmaq strategiyasıdır”. Dördpendirli pizza

"Bir daha deyirəm: biz onların nə istədiklərini bilirik. Biz buna hazırıq. Biz öz torpağımızda sizin üçün döyüşüb öləcəyik, buna əmin ola bilərsiniz”.

Lukaşenkonun sözlərinə görə, belaruslar heç bir münaqişə və müharibə istəmirlər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!