Orada Azərbaycan əsgəri, bizim gömrük durmalıdır – “Silahlı dəstələr, quldurlar...” 

saytların hazırlanması

Evə çatdırılma

Orada Azərbaycan əsgəri, bizim gömrük durmalıdır – “Silahlı dəstələr, quldurlar...” 

Siyasət

11 Yanvar 2021 16:53 1684


“Laçın dəhlizində, ümumiyyətlə, Ermənistanla Azərbaycan arasında olan dövlət sərhəddində Azərbaycan  sərhədçiləri dayanmalıdır. Sərhəd buraxılış məntəqəsi, gömrük postu olmalıdır”.

Bu sözləri Yenisabah.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Məmmədov deyib. Millət vəkili qeyd edib ki, Azərbaycanın bütün sərhədinə Azərbaycan dövləti nəzarət etməlidir:

“Bu gün o 5 kilometr dəhliz adlanan yerdə, hətta dövlət sərhədimizdə də rus sülhməramlıları dayanır. Onların himayəsi altında kimliyindən asılı olmayaraq hər kəs Azərbaycan ərazisinə istədiyi vaxt qanunsuz şəkildə daxil ola bilir. Çox təəssüf ki, Ermənistan vətəndaşları, silahlı dəstələr, cinayətkarlar, quldurlar həmin dəhlizdən eninə-boyuna istifadə edir. Rus sülhməramlıları buna göz yumur, hətta şərait yaradır. Bir neçə gün əvvəl Ermənistan Xarici işlər naziri Azərbaycan ərazisinə gəldi. Amma bunun üçün Azərbaycandan icazə almadı”. Pepperoni pizza

Həmsöhbətimiz vurğulayıb ki, Rusiya sülhməramlısının  bizim dövlət sərhədimizdən ürəyi istədiyi adamı içəri buraxmaq ixtiyarı yoxdur:

“Sülhməramlılıq missiyası beynəlxalq hüquqda tam şəkildə izah olunur. Ona görə də hesab edirəm ki, Azərbaycan sərhədində hər şey istisnasız bizim nəzarətimizdə olmalıdır”.

Sayad HƏSƏNLİ


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!