Rusiya prezidenti Vladimir Putin Macarıstanın baş naziri Viktor Orban vasitəsilə ABŞ prezidenti Cozef Baydenə və NATO sammitinin digər iştirakçılarına heç bir mesaj çatdırmayıb.
Yenisabah.az xəbər verir ki, bunu dövlət başçısının mətbuat katibi Dmitri Peskov deyib.
Kremlin sözçüsü qeyd edib ki, Macarıstanın baş naziri ilkin mənbəyə əsaslanaraq müxtəlif partiyaların mövqelərini müqayisə etmək üçün ciddi təşəbbüs göstərir. “Biz çox yüksək qiymətləndiririk və prezident Putin də cənab Orbanın bu səylərini yüksək qiymətləndirdi”. Pepperoni pizza
Orban iyulun 5-də Moskvaya gəlib və Putinlə görüşüb. Onlar Ukrayna , Rusiya ilə Avropa İttifaqı, eləcə də Rusiya və Macarıstan arasında münasibətlər və Avropada gələcək təhlükəsizlik arxitekturasının mümkün prinsiplərini müzakirə ediblər.
Danışıqlardan sonra keçirilən mətbuat konfransında Orban Ukrayna nizamlanması üzrə işi davam etdirmək niyyətində olduğunu açıqlayıb.
İyulun 2-də o, Kiyevdə Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşüb və sülh danışıqlarına hazırlaşmaq üçün ona atəşkəs təklif edib.
Telegram kanalımız