Bu gün Xalq artisti Zeynəb Xanlarovanın 86 yaşı tamam olur.
Yenisabah.az xəbər verir ki, aktyor Sərxan Kərəmoğlu Z.Xanlarova ilə bağlı maraqlı paylaşım edib.
O, Türkiyənin 8-ci prezidenti Turqut Özalın vaxtilə Xanlarova üçün özəl təyyarə göndərdiyini açıqlayıb: pizza
"Bir gün Səmra Özal, rəhmətlik Turqut Özalın həyat yoldaşı dedi ki, Zeynəb xanımdan uzun zamandır xəbərim yoxdur. Zeynəb xanıma zəng vurdum və söylədim ki, Səmra xanım sizi soruşdu. Dedi, bəs niyə nömrəmi verməmisən, mən o xanımı çox sevirəm.
Səmra xanım söhbət əsnasında dedi ki, Türkiyə Cümhuriyyətində yeganə hadisədir, dövlət bir sənətçi üçün özəl təyyarə göndərdi ki, Zeynəb xanım öz kollektivi ilə gəlib konsert versin. İnanın bu sözləri eşitmək mənim üçün çox qürurverici idi. O vaxt təkcə Turqut Özalın deyil, hər kəsin sevimlisi idi. "Dünyanın Zeynəbi", - dedi. 28 dekabr dünyanın Zeynəbinin ad günüdür. Mənim dəyərli bacım, sizi ürəkdən təbrik edirəm və demək istəyirəm ki, mən sizi ömürlük sevirəm".
Telegram kanalımız