“Özlərini  günahkar hesab edirlər“ - Aktyor

saytların hazırlanması

Evə çatdırılma

“Özlərini günahkar hesab edirlər“ - Aktyor

Şou

20 Fevral 2023 10:58 1054


“Atam rəhmətə gedəndə 47, anam dünyasını dəyişəndə isə 63 yaşı olub. 19 yaşımda artıq hər iki valideynimi itirdim, ali təhsilim yarımçıq qaldı, tək yaşamağa başladım. Bu, Allahın, taleyin bir missiyası idi, qarşıma çıxdı”.

Yenisabah.az Olay-a istinadla xəbər verir ki, bu sözləri “Düzünə qalsa” verilişində aktyor Azər Aydəmir deyib.

O bildirib ki, valideynlərini itirdikdən sonra yalqız böyüyüb: pizza

“Adam var çətinliyi 26, 36, 50 yaşında görür. Dostumun atası 50 yaşında rəhmətə getdi, balaca uşaq kimi ağlayırdı. Həyat bir oyundur, mərhələlər var. Kimisi bunu sonda keçir.

Mənə elə gəlir ki, sonda olanı mən əvvəldə keçdim və yetərli qədər də uğurlu alındı. Yavaş-yavaş başa düşdüm ki, harasa gedirəm və bütün bunlar imtahanlar idi. Hesab edirdim ki, seçilmiş insanam!

18-19 yaşımdan tək, dostlarımın əhatəsində böyüyürəm. Qohumlarla əlaqəm kəsilib. Yox, məni tək buraxmadılar. İllər sonra onları görürəm, mənə utanaraq yaxınlaşırlar. Özlərini sanki tək qaldım deyə, günahkar hesab edirlər. Bunu hiss edirəm. Zərrə qədər kimsədə günah görmürəm, mən özüm tək qalmaq istədim.

Küsmədim, sadəcə o yaşda belə başa düşürdüm ki, mən kiminsə himayəsində qalsam, o Azər Aydəmir olmayacam!

18 yaşda bunu dərk etdim. Özüm dedim ki, tək qalacam, həyata atıldım. Başa düşüm ki, bu nədir! Ona görə bir nəfərlə də əlaqə saxlamadım ki, onlar məni unutsunlar, mən də onları”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!