“Özünü sıx, cır-dağıt bəlkə 5000 manat...” - Pərvindən etiraz

saytların hazırlanması

Evə çatdırılma

“Özünü sıx, cır-dağıt bəlkə 5000 manat...” - Pərvindən etiraz

Şou

12 Yanvar 2023 11:24 1020


Tanınmış aktrisa Pərvin Abıyeva seriallara çəkilmədiyini bildirib. 

Yenisabah.az xəbər verir ki, sənətçi qonaq olduğu “7 canlı” verilişində bu barədə danışıb. O, verilən qonorarın çox az olduğunu, film sektorunda yeyintinin olduğunu deyib: 

“Seriallardan gələn təklifləri qəbul etmirəm. Serial tipli layihələrdə yoxam. Tək-tük yaxşı filmlər çəkilir. Ssenarisi yazılanda hansı aktyorların o filmdə rol alacaqları artıq nəzərdə tutulur. Pandemiyadan əvvəl maddi sıxıntıların olduğunu söyləyirdilər. Özümə dəyər verən xanımam. Qəpik-quruşa işləmək istəmirəm. Təkliflərdə də elə bir məbləğ deyirlər ki, fikirləşirəm ki, aktrisalığa yenicə başlayanda gündəlik həmin pula çəkilirdim. Təklif edilən məbləğ gülüncdür. Film başına cəmi 2000-3000 manat pul verirlər. Lap özünü sıx, cır-dağıt bəlkə 5000 manat”.  pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!