Amerikalı müğənni Britni Spirs "Instagram"da adını "Red River"ə (Qırmızı Çay) dəyişdirdiyini açıqlayıb.
Yenisabah.az xəbər verir ki, ifaçı bu addımının səbəbini açıqlamayıb.
"Adımı River Red olaraq dəyişdim!!!" - deyə o qısaca qeyd edib. pizza
Müğənni sosial şəbəkədəki profilinin başlığında da adını dəyişib.
Bundan əvvəl əri Sem Əsgəri ilə birlikdə getdiyi Los-Anceles restoranlarından birində Spirsin nalayiq davranışını paparassilər lentə alıblar. İfaçı qondarma dildə danışıb, başqalarına qarşı kobudluq edib. Davranışına münasibət bildirən müğənni içkili olduğunu və Şrekə bənzədiyini bildirib.
Telegram kanalımız