Pakistan genişmiqyaslı antiterror əməliyyatına başladı

saytların hazırlanması

Evə çatdırılma

Pakistan genişmiqyaslı antiterror əməliyyatına başladı

Dünya

22 İyun 2024 23:47 627


Pakistanın Baş naziri Şahbaz Şərif yeni genişmiqyaslı antiterror əməliyyatının başlanmasını təsdiqləyib.

Yenisabah.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə ölkə hökumətinin mətbuat xidməti məlumat yayıb.

"Baş nazir "Azm-e-İstehkam" ("Qətiyyət və Sabitlik" - red.) əməliyyatına başlamaqla yenilənmiş və daha aktiv milli terrorla mübarizə əməliyyatını təsdiqləyib", - deyə məlumatda bildirilir. Toyuqlu pizza

İyunun 22-də ölkədə antiterror siyasətini əlaqələndirən orqan - Milli Fəaliyyət Planının icrası üzrə Mərkəzi Ali Komitənin iclası keçirilib. Baş nazirin sədrliyi ilə keçirilən iclasda əsas nazirlər, eləcə də terror problemindən ən çox zərər çəkən regionların rəhbərləri iştirak ediblər.

Yeni əməliyyat müxtəlif antiterror proqramlarını vahid nəzarət və koordinasiya altına almağa imkan verəcək. Ekstremistlərə qarşı mübarizədə qonşu ölkələrlə koordinasiya üçün diplomatik səylər gücləndiriləcək. Müntəzəm olaraq antiterror əməliyyatları keçirən hərbi qulluqçular "bütün hüquq-mühafizə orqanlarının tam dəstəyini" alacaqlar.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!