Pandemiya dövründə 2 300 məhkum vaxtından əvvəl azad olunub    - RƏSMİ

saytların hazırlanması

Evə çatdırılma

Pandemiya dövründə 2 300 məhkum vaxtından əvvəl azad olunub  - RƏSMİ

Sosial

23 Noyabr 2020 13:53 818


“Qlobal pandemiya şəraitində ədalət mühakiməsinin həyata keçirilməsi məsələləri də diqqətdə saxlanılıb, məhkəmə proseslərinin videoformatda keçirilməsi məqsədilə xüsusi proqram modulu hazırlanaraq tətbiqinə başlanılıb, habelə cinayət işlərinə də video-əlaqə ilə baxılmasının təmin edilməsi üçün dövlət başçısının təşəbbüsü ilə qanunvericiliyə mühüm dəyişikliklər edilib”.

Yenisabah.az-ın məlumatına görə, bunu Ədliyyə naziri Fikrət Məmmədov deyib. O bildirib ki, məhkumların və təqsirləndirilən şəxslərin həyat və sağlamlıqlarının qorunması ciddi nəzarətdə saxlanılıb, dövlət başçısının humanist siyasətinin təzahürü olaraq imzaladığı əfv Sərəncamı ilə virusa yoluxması daha riskli olan yaşı 65-dən yuxarı məhkumların əksəriyyəti azadlığa buraxılıb:

“2 300-ə yaxın məhkum cəzadan şərti olaraq vaxtından əvvəl azad olunub və ya yüngül rejimli müəssisəyə keçirilib. 740 nəfər isə ev dustaqlığı və digər alternativ qətimkan tədbirlərinin tətbiqi nəticəsində həbsdən azad ediliblər”. pizza sifarişi

Cəza siyasətinin humanistləşdirilməsi ilə bağlı yeni qanunvericiliyə əsasən 2.000-dən çox məhkum cəzadan tamamilə azad edilib, 3.200-dən artıq məhkumun cəza müddəti azaldılıb, habelə xarici dövlətlərdən olan bir çox məhkumlar karantin rejiminə əməl edilməklə öz ölkəsinə təhvil verilib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!