Pandemiya ucbatından Avropa İttifaqı xaos astanasındadır

saytların hazırlanması

Evə çatdırılma

Pandemiya ucbatından Avropa İttifaqı xaos astanasındadır

Siyasət

25 Yanvar 2021 13:04 563


“Koronavirus pandemiyası həm fərdi, həm də ictimai həyatın bir çox sahələrini çətinləşdirdi. Bu, istər Avropa İttifaqı (Aİ) ölkələrinə, istər Azərbaycan, Gürcüstan və Ermənistana, istərsə də Rusiya və Türkiyəyə aiddir”.

Yenisabah.az xəbər verir ki, bunu tanınmış almaniyalı islamşünas, Yaxın Şərq üzrə ekspert Udo Ştaynbax (Udo Stainbach) Avropa İttifaqı ölkələri və Azərbaycanın koronavirisla bağlı apardığı siyasəti şərh edərkən bildirib.

“Bu baxımdan Aİ xaos astanasındadır. Çünki Aİ üzv ölkələrinin hər biri yalnız öz vətəndaşlarının qeydinə qalır. Mövcud böhranlı vəziyyət nə qədər çox çəksə, bundan sonrakı dünyanın keçmişdə gördüyümüzdən fərqli olacağı ehtimalı bir o qədər çoxdur. Cənubi Qafqazdakı vəziyyətə, Aİ ilə Azərbaycan arasındakı münasibətlərə gəlincə, hər iki tərəfə və aralarındakı münasibətlərə bu hadisələrin nə kimi təsir göstərəcəyini indi söyləmək çətindir”, – ekspert deyib. (Report) Marqarita pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!