Parlament ombudsmanın məruzəsini qəbul etdi

saytların hazırlanması

Evə çatdırılma

Parlament ombudsmanın məruzəsini qəbul etdi

Siyasət

05 Mart 2024 12:50 528


Bu gün Milli Məclisdə “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) 2023-cü ildə ölkədə insan hüquqlarının qorunması haqqında illik məruzəsi” müzakirəyə çıxarılıb.

Yenisabah.az APA-ya istinadla xəbər verir ki, məruzəni ombudsman Səbinə Əliyeva təqdim edib.

Məruzədə bəzi hallarda vətəndaşlar qanunla müəyyən edilmiş əsaslar olmadan qeydiyyatdan çıxarılmasına diqqət çəkilib, Bakıda sənədsiz evlər inventarlaşdırılaraq qeydiyyata alınması vacib sayılıb. Azərbaycanda məhkumların təhsili üçün internet platformalarının yaradılması zəruri sayan ombudsman Vətən müharibəsi dövründə evlərə dəyən ziyanla əlaqədar əlavə vəsaitinin ayrılmasını, dövlət qulluğunda çalışanlara elmi dərəcələrin verilməməsi ilə bağlı qərarın ləğvini, şagirdlərə köməkçi vasitələrin dövlət hesabına verilməsini təklif edib. pizza

Müzakirələrdən sonra məruzə səsverməyə çıxarılaraq bir oxunuşda qəbul edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!