Partlamayan mərmilərlə bağlı operativ məlumat

saytların hazırlanması

Evə çatdırılma

Partlamayan mərmilərlə bağlı operativ məlumat

Sosial

19 Oktyabr 2020 07:24 1318


Dünən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə Agentliyə Ağcabədi, Ağdam, Füzuli, Goranboy, Xızı, Tərtər rayonları ərazisinə mərmilərin düşməsi barədə Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən - 22 (iyirmi iki), Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən – 2 (iki) və Dövlət Sərhəd Xidmətindən – 1 (bir) müraciət daxil olub.

Agentlikdən „Yeni Sabah“a verilən məlumata görə,  daxil olmuş 25 çağırış əsasında Agentliyin xüsusi mobil çevik əməliyyat qrupları tərəfindən Ağcabədi rayonunun Arazbar, Hacılar, Qaraxanlı, Şənlik kəndləri, Ağdam rayonunun Alıbəyli, Füzuli rayonunun Alxanlı kəndi, Goranboy rayonunun Tapqaraqoyunlu, Ballı kəndləri, Tərtər rayonunun Buruc, Əskipara, Düyərli, Hüsənli kəndləri, Şıxarx qəsəbəsi, N.Nərimanov, Z.Tağıyev, H.Hacıyev, R.Orucov, Ş.İ.Xətai küçələri, Xızı rayonunun Sitalçay kəndi ərazisində Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birlikdə 21 operativ və təxirəsalınmaz əməliyyat çıxışı həyata keçirilib. 

Aparılmış əməliyyat-axtarış tədbirləri zamanı 1 ədəd 122 mm-lik top mərmisi (OF-56), 2 ədəd 152 mm-lik top mərmisi (OF-29), 2 ədəd  hərbi məqsədlər üçün istifadə olunan meteoroloji radiopelenqator və 38 ədəd partlamış mərmi qalıqları aşkar olunub. pizza

Agentliyin partlayış qrupu tərəfindən 1 ədəd dron zərərsizləşdirilib, Mina Təhlükəsinə dair Maarifləndirmə üzrə mütəxəsisslər tərəfindən 2 028 nəfər mülkü şəxs arasında mina təhlükəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb.

Ümumilikdə Agentlik tərəfindən 27 sentyabr – 18 oktyabr 2020-ci il tarixlərində 688 siqnal (əməliyyat çağırışı) əsasında 576 operativ və təxirəsalınmaz əməliyyat çıxışı olub ki, nəticədə 95 ədəd partlamamış hərbi sursat (PHS), 1 143 ədəd bombacıq, 1 180 ədəd müxtəlif çaplı patronlar, 10 ədəd hərbi məqsədlər üçün istifadə olunan meteoroloji radiopelenqator, 6 ədəd dron (zərərsizləşdirilmişdir), 2 ədəd raketin mikrosxemi və 278 ədəd partlamış raket hissələri aşkar olunub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!