Paşinyan Bakı beynəlxalq hava limanında? - Bu iddia Ermənistanı qarışdırdı

saytların hazırlanması

Evə çatdırılma

Paşinyan Bakı beynəlxalq hava limanında? - Bu iddia Ermənistanı qarışdırdı

Siyasət

09 Fevral 2024 11:16 7613


Erməni jurnalist Arutyun Avetisyan Ermənistan baş naziri Nikol Paşinyanın İlham Əliyevin andiçmə mərasimində iştirak etmək üçün Bakıya gələcəyini iddia edib. Jurnalist bu iddiasını Paşinyanın keçən il Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın andiçməsinə qatılması ilə əsaslandırıb.

Avetisyanın bu iddiası Ermənistan cəmiyyətində və siyasi dairələrində geniş müzakirələrə səbəb olub.

Çoxları jurnalistin çıxışının kinayə məqsədi ilə edildiyini deyib. Dominos pizza

Mövzu ilə bağlı “Yeni Sabah”a danışan politoloq Zaur Məmmədov bildirib ki, sülh müqaviləsi imzalanmadan Paşinyanın Azərbaycana səfəri mümkün deyil:

“Bu cür çıxışlarla ermənilər Paşinyanı “Azərbaycanın adamı” kimi göstərməyə çalışır. Belə bir iddia sadəcə Paşinyanı daxili auditoriyada gözdən salmaq üçündür.

Təbii ki, sülh müqaviləsi imzalanmasa belə bir səfərin baş tutması mümkün deyil. Ümumiyyətlə, yaxın gələcəkdə belə bir səfərin olması real görünmür. Hazırda Paşinyan üçün daha vacib işlər var. Sülh müqaviləsi istiqamətində Paşinyan mütləq Ermənistan konstitusiyasını dəyişdirməlidir”. 

Politoloq erməni jurnalistin çıxışını tənqid edib:

“Guya Paşinyandan öncəki Ermənistan rəhbərləri müstəqil xarici siyasət yürüdə bilib? Hazırkı baş nazirlə bağlı bu cür kinayəli çıxışlar edən erməni dairələrinə demək lazımdır ki, bir çox dövlətlərə vassalıq etdiyi zaman daha betər vəziyyətdə idi.

Paşinyan, özündən əvvəlki erməni rəhbərlərindən fərqli olaraq, mifik siyasət yerinə daha real siyasət ortaya qoyur. Gec-tez erməni cəmiyyəti və hakim siyasi dairələri bu reallığı qəbul etməli olacaq”.

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Vuqar mammadov
    Allah Nikolun canini sag elesin,dusmen olsada realist insandi ve bize onunla islemek rahatdir!Men inaniram ki,o, ermeni dasnaklarinin mekrli sui-qesdlerinden yayina bilecek ve Bakiya gelib insanlarla rahat unsiyyet qura bilecek o azad fikirli insandir ve bizede xeyri kece biler! Ermeni milletinin gelib-kecmis en adekvat memuru hesab edirem Pasinyani!
    2 years ago